» » Almaniyadan Türkiyəyə daha bir zərbə: Berlin 15 iyul qiyamçılarına siyasi sığınacaq verdi

Almaniyadan Türkiyəyə daha bir zərbə: Berlin 15 iyul qiyamçılarına siyasi sığınacaq verdi

Almaniyadan Türkiyəyə daha bir zərbə: Berlin 15 iyul qiyamçılarına siyasi sığınacaq verdi

Türkiyədə 2016-cı il 15 iyul çevriliş cəhdində iştirak etmiş bir qrup hərbçiyə Almaniyada siyasi sığınacaq verilib.

Ucarliyiq.biz-ın yeniçağ-a istinadən verdiyi məlumata görə, 15 iyul çevriliş çəhdinin iştirakçıları olan diplomatik pasporta malik hərbçilərin Almaniyadan siyasi sığınacaq almaq xahişi bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təmin edilib.

Məlumata görə, türkiyəli hərbçilər 15 iyul çevriliş cəhdinin baş tutmamasından sonra siyasi sığınacaq xahişi ilə Almaniyaya müraciət ediblər.

Qeyd olunur ki, Almaniyanın türkiyəli hərbçilərin siyasi sığınacaq xahişini təmin etməsi Ankara-Berlin münasibətlərindəki gərginliyi daha da artıracaq.

scroll top