» » Atambayev Rusiyanı qırğızların tarixi vətəni adlandırdı

Atambayev Rusiyanı qırğızların tarixi vətəni adlandırdı

Atambayev Rusiyanı qırğızların tarixi vətəni adlandırdı

Qırğızıstan prezidenti Almazbek Atambayev bəyan edib ki, Rusiya qırğızların tarixi vətənidir.

Ucarliyiq.biz-ın Knews nəşrinə istinadən məlumatına görə, dövlət başçısı bu barədə həmvətənlərini Qələbə günü münasibəti ilə təbrik edərkən deyib.

“Rusiya biz qırğızlar üçün tarixi vətəndir. Hər bir qırğız üçün Manas, Altay, Enesay (Enisey) müqəddəs sözlərdir. Bizim xalq öz kökünü tanıyır və həmişə qardaş Rusiyanın yanında olacaq”, - Atambayev qeyd edib.

Qırğızıstan prezident həmçinin bildirib ki, Peterburq terrorunda əsas şübhəli şəxsin Oş vilayətindən olmasına baxmayaraq, “bütün özbək və qırğızları günahlandırmaq lazım deyil”. 

“Çünki o atası kimi, Rusiya vətəndaşıdır. Və 16 yaşından Rusiyada yaşayıb. Ehtimal olunur ki, məhz ksenofobiya və skinxedlər onu ekstremizmə sövq edib”, - Atambayev deyib.

Interesting facts scroll top