» » Hindistanda toy mərasimində uçqun baş verib: ölənlər var

Hindistanda toy mərasimində uçqun baş verib: ölənlər var

Hindistanda toy mərasimində uçqun baş verib: ölənlər var

Hindistanda tikilinin divarının uçması nəticəsində 23 nəfər ölüb, 28 nəfər  xəsarət alıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb.

İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir.

scroll top