» » Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək

Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək

Azərbaycan “Yalquzaq”ı dünyaya ixrac edəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “Yalquzaq” snayper tüfənginin ixracına başlayır. 

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, bir neçə xarici ölkədən “Yalquzaq” tüfəngi üçün böyük həcmli sifarişlər alınıb. Hazırda sifarişlərin icrası istiqamətində işlər gedir.

Y.Camalov silahın Azərbaycanda Sərhəd Qoşunlarına da verildiyini qeyd edib.

Nazir bildirib ki, “Yalquzaq” texniki-taktiki imkanlarına görə öz sinfindəki bir çox tüfəngləri üstələyir. Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan “Yalquzaq” tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb.

Interesting facts scroll top