» » Yavər Camalov: ABŞ, Afrika və Avropa ölkələrinə silah satırıq

Yavər Camalov: ABŞ, Afrika və Avropa ölkələrinə silah satırıq

Yavər Camalov: ABŞ, Afrika və Avropa ölkələrinə silah satırıq

“Silah ixrac etdiklərimiz arasında ABŞ, Afrika və Avropa ölkələrinin şirkətləri var”.

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya müsahibəsində danışıb. 

Nazir Azərbaycanın artıq bütün dünyaya silah ixrac edən bir ölkə olduğunu bildirib:

“Bu gün istehsal etdiyimiz məhsulların çeşidi təxminən 1200-ə çatıb. Ölkə daxilində - Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər qurumları təmin etməklə yanaşı, dünyanın təxminən 10 ölkəsinin müvafiq qurumlarına da silah-sursat ixracına başlamışıq”. 

Yavər Camalov Azərbaycanın müdafiə sənayesinin bu günə qədər ümumi həcmi təxminən 101 milyon dollar dəyərində müqavilələr imzaladığını açıqlayıb:

“Onlardan 57 milyon dolları qüvvədə olan müqavilələrdir, silah-sursatımızın alınacağına dair dövlətlərin müvafiq qurumlarının təminatları var. Qalan 44 milyon dollarlıq silah-sursatın sertifikatları da yaxın günlərdə hazır olacaq. Bizim beynəlxalq  sərgilərdə iştirak etməyimizin əsas mahiyyəti ondan ibarətdir ki, ixrac imkanlarımızı artıraq. Biz artıq Türkiyədə keçirilən tenderlərdə iştirak etmişik.

Bu yaxınlarda qalibi elan olunduğumuz tenderin həcmi təxminən 9 milyon dollardır. Prosesi davam etdiririk. Təkcə Türkiyədə yox, dünyanın digər nöqtələrində müvafiq qurumların tenderlərində iştirak etməyə çalışırıq. Bu da bizim ixrac imkanlarımızı artırmağımıza şərait yaradır. İxracat istiqamətində işlərimizi davam etdiririk”.

scroll top