» » Böyük Britaniyanın baş naziri Çeçenistandakı geylərə yardım vəd edib

Böyük Britaniyanın baş naziri Çeçenistandakı geylərə yardım vəd edib

Böyük Britaniyanın baş naziri Çeçenistandakı geylərə yardım vəd edib

Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, rəsmi London Çeçenistanda LGBT nümayəndələrinə dəstək imkanlarını öyrənir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. 

Hökumət başçısı qeyd edib ki, Britaniyanın Moskvadakı səfirliyi Çeçenistanda homoseksualların kütləvi təqibinə dair KİV-in məlumatına dair narahatlıq bildirib. 

“Regionda LGBT icmasının nümayəndələrinə dəstək üçün yolların tapılması üçün təcili tədbirlər görülür”, - deyən T.Mey əlavə edib ki, seksual oriyentasiyasına görə insanların təqibi yolverilməzdir. 

Daha öncə “Novaya qazeta” Çeçenistanda homoseksuallıqda şübhəli bilinən 100 nəfərin saxlanıldığı barədə material dərc etmişdi. Bununla yanaşı, qəzet iddia edir ki, ən azı üç nəfər öldürülüb. 

Həmçinin Almaniyanın kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Çeçenistanda seksual azlıqların hüquqlarının qorunmasına təsir etməyə çağırıb. 

Interesting facts scroll top