» » Ollandın aylıq təqaüdünün məbləği açıqlandı

Ollandın aylıq təqaüdünün məbləği açıqlandı

Ollandın aylıq təqaüdünün məbləği açıqlandı

Fransua Olland Fransa prezidenti postundan getdikdən sonra aylıq 15144 avro pensiya alacaq. 

Ucarliyiq.biz “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, onun pensiyası dörd hissədən ibarət olacaq. Belə ki, o, Fransa qanunlarına müvafiq olaraq hər ay 5,2 min avro pensiya, Korrez departamentinin sabiq deputatı kimi 6,2 min avro, Hesab palatasının sabiq müşaviri kimi 3,4 min avro və Korrez Şurasının sabiq baş direktoru kimi 235 avro alacaq. 

Bundan başqa, prezident postundan getdikdən sonra xidməti mənzil və xidməti avtomobil Ollandın sərəncamında qalacaq. 

B.Q.

scroll top