» » İtaliyanın paytaxtında partlayış

İtaliyanın paytaxtında partlayış

İtaliyanın paytaxtında partlayış

İtaliyanın paytaxtında Romada partlayış baş verib, bu barədə İtaliya KİV-i məlumat yayıb. 

“RAI News” telekanalının yaydığı məlumata görə, partlayış nəticəsində ölən və xəsarət alanlar haqqında rəsmi məlumat yoxdur.

Ucarliyiq.biz bu barədə BBC-yə istinadən xəbər verir. 

ANSA informasiya agentliyinin yaydığı məlumata görə, partlayış poçt şöbəsinin girişində baş verib. Məlumata görə, partlayış nəticəsində yaxınlıqda park edilmiş avtomobil zədələnib.

Agentlik partlayışın səbəbinin müəyyən edilmədiyini bildirib, amma partlayıcı qurğunun işə salındığı da istisna edilmir. 

Xəbər yenilənir.

scroll top