» » Ermənistan sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub

Ermənistan sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub

Ermənistan sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub

Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü davam edir.

Ucarliyiq.biz-ın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Qaymaqlı, Kəmərli kəndlərində, Berd rayonunun Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

scroll top