» » Dayə vahiməsi: Uşağa verilən işgəncə gizli kameraya düşdü – FOTO

Dayə vahiməsi: Uşağa verilən işgəncə gizli kameraya düşdü – FOTO

Dayə vahiməsi: Uşağa verilən işgəncə gizli kameraya düşdü – FOTO

Türkiyədə iş adamı uşağına işgəncə verən ukraynalı qadın həbs edilib.

Ucarliyiq.biz-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 54 yaşlı Nadya Şapoval adlı qadının işgəncələri ev sahibinin mənzildə quraşdırdığı gizli kameralara düşüb.

İstanbulda yaşayan ailə uşağın bədənində göyərmələr və qızartılar gördükdən sonra mənzilə gizli kamera yerləşdirmək qərarına gəliblər. Dayənin davranışlarını bəyənməyən ailə onu işdən qovub. 

Ata və ana dayə evi tərk etdikdən sonra kameraya həkk olan görüntülərə baxmaq qərarına gəliblər. Uşağın dayə tərəfindən dəfələrlə döyüldüyünü görən ailə polisə şikayət edib. 

Hərəkətə keçən polis gecə saatlarında ukraynalı qadını Marmarisdə yaxalayıb.



scroll top