» » Papua-Yeni Qvineyada 17 məhbus qaçmağa çalışarkən güllələnib

Papua-Yeni Qvineyada 17 məhbus qaçmağa çalışarkən güllələnib

Papua-Yeni Qvineyada 17 məhbus qaçmağa çalışarkən güllələnib

Papua-Yeni Qvineyanın Lae şəhərində polis əməkdaşları həbsxanadan qaçmağa çalışan 17 məhbusu güllələyiblər.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Radio New Zealand”a istinadən RİA Novosti məlumat yayıb.  

Laenin hüquq-mühafizə orqanları bəyan ediblər ki, ölənlər Buimo həbsxanasında qiyam qaldıranlardan olub. Qaçmağa çalışan daha 3 nəfər polis tərəfindən saxlanılıb, 57 nəfər isə qaçmağı bacarıb.

Qeyd edək ki, bu il fevral ayında Papua-Yeni Qvineyada həbsxanadan 90 nəfər qaçıb, 12 məhbus öldürülüb.

scroll top