» » Ərdoğan Tramp ilə görüşəcək

Ərdoğan Tramp ilə görüşəcək

Ərdoğan Tramp ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən ABŞ-a yola düşüb.

Ucarliyiq.biz Anadolu agentliyinə istinadən xəbər verir ki, mayın 16-da türk dövlət başçısı ABŞ prezidenti Donald Tramp ilə danışıqlar aparacaq. 

Pekinin Beynəlxalq aeroportunda Ərdoğanı Türkiyənin Çindəki səfiri Əli Murat Ərsoy və digər rəsmi nümayəndələr yola salıblar. 

ABŞ-a səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii sərvətlər naziri Berat Albayraq və müdafiə naziri Fikri İşıq müşayiət edirlər.  

Ərdoğan və Trampın görüşü təkbətək və geniş formatda olacaq. 

scroll top