» » Tehranın meri Ruhaninin rəqibini dəstəklədi

Tehranın meri Ruhaninin rəqibini dəstəklədi

Tehranın meri Ruhaninin rəqibini dəstəklədi

Tehranın meri Məhəmməd Qalibaf İran prezidenti postuna namizədliyini geri götürdüyünü və Ayətullah İbrahim Rəisinin namizədliyini dəstəklədiyini bəyan edib.

Ucarliyiq.biz bu barədə ucarliyiq.biz xəbər verir. 

Namizədin bəyanatı Qalibaf və Raisinin də üzv olduqları Xalq cəbhəsinin iclasından sonra səslənib. Xalq cəbhəsi bir namizəd irəli sürə bilərdi və seçim Rəisinin xeyrinə olub.  

“Mən bu qərarı İslam İnqilabi Qüvvələrinin Xalq cəbhəsinin birliyini qorumaq üçün qəbul etmişəm. Cəbhənin bütün tərəfdarlarını ölkədə dəyişikliklərin edilməsi və iqtisadiyyatın dəstəklənməsi üçün İbrahim Rəisinin qələbəsinə yardıma çağırıram”, - Qalibafın bəyanatında deyilir.

Beləliklə də, sırasında hazırkı prezident Həsən Ruhaninin, Ayatullah İbrahim Rəisinin və vitse-prezident İshak Cahangirinin də olduğu namizədlərin sayı beşə qədər azalıb. 

scroll top