» » Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb

Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb

Venesuelada iğtişaşlar nəticəsində daha iki nəfər ölüb

Venesuelada davam edən iğtişaşlar nəticəsində daha iki nəfərin öldüyü məlum olub.

Ucarliyiq.biz ucarliyiq.biz xəbər verir ki, 17 yaşlı gənc güllə yarasından, 33 yaşlı kişi isə sinə nahiyəsinə polislər tərəfindən atılan gözyaşardıcı qumbaranın düşməsi nəticəsində ölüb.

Bazar ertəsi Venesuelada hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Ölkənin beş ştatında 60-dək etirazçı saxlanılıb.

Venesuelada etiraz aksiyaları aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul etdikdən sonra başlayıb. Qərar ləğv olunsa da, ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb. 

Interesting facts scroll top