» » Ermənistanda hərbi hissə komandiri işdən azad edilib

Ermənistanda hərbi hissə komandiri işdən azad edilib

Ermənistanda hərbi hissə komandiri işdən azad edilib

Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, ötən gün onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad edilib.

Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).

Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi qeyri-döyüş şəraitində ölüb.

Interesting facts scroll top