» » Avropa Şurası Serbiyanı Srebrenitsa soyqırımını etiraf etməyə çağırıb

Avropa Şurası Serbiyanı Srebrenitsa soyqırımını etiraf etməyə çağırıb

Avropa Şurası Serbiyanı Srebrenitsa soyqırımını etiraf etməyə çağırıb

Serbiya 1995-ci ildə Srebrenitsada müsəlmanların kütləvi qətliamını etiraf etməkdən boyun qaçırır. 

Ucarliyiq.biz dw.com-a istinadən xəbər verir ki, AŞ rəsmi Belqradın 1995-ci il hadisələri ilə bağlı üzr istəməsini yetərli hesab etmir.

AŞ-nın İrqçilik və dözümsüzlüklə mübarizə komissiyasının bəyanatında bildirilir ki, beynəlxalq məhkəmələrin Srebrenitsa hadisələrini soyqırımı kimi qiymətləndirməsinə rəğmən Serbiya parlamenti və prezident indiyədək 1995-ci ildə baş verənləri rəsmi olaraq soyqırımı kimi tanımayıb.

1995-ci ilin iyul ayında Bosniyada gedən müharibənin sonuna bir neçə ay qalmış bosniya-serb birləşmələri 8000-dək müsəlmanı oğurlayaraq qətlə yetirib. Bu qətliam İkinci Dünya müharibəsindən sonra Avropada törədilmiş ən dəhşətli cinayət hesab edilir.

AŞ-nın komissiyası bəyanatında irqçilik zəmində soyqırımı və digər hərbi cinayətlərdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunması işinin ləng getməsinə görə təəssüfünü də ifadə edib. 

“Soyqırımı faktının etirafı və zorakılıq halların şəffaf şəkildə araşdırılması müxtəlif etnik qrupların nümayəndələrinin bundan sonra qorxu içində və yeni cinayətlərin törədiləcəyi əndişəsində yaşamaması üçün vacibdir”, - sənəddə deyilir.

Serbiya Bosniya müharibəsi bitəndən sonra beynəlxalq ədliyyə qurumlarının rəylərinə baxmayaraq, Srebrenitsa hadisələrini rəsmi şəkildə soyqırımı olduğunu etiraf etməkdən imtina edir. 

scroll top