» » Rusiyada binada partlayış: Ölənlər var – FOTO + VİDEO

Rusiyada binada partlayış: Ölənlər var – FOTO + VİDEO

Rusiyada binada partlayış: Ölənlər var – FOTO + VİDEO

Volqoqradda yaşayış evində qaz partlayışı baş verib.

Ucarliyiq.biz xəbər verir ki, Rusiya FHN Volqoqrad üzrə Baş İdarəsindən TASS-a verilən məlumata görə, hadisə nəticəsində binanın girişi çöküb. 

“Partlayış qaz xidmətinin əməkdaşlarının işlədiyi dördmərtəbəli binada baş verib”, - agentliyin həmsöhbəti deyib. 

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb və beş nəfər yaralanıb. 

Hadisə yerində yanğın və xilasetmə xidmətinin əməkdaşları işləyirlər. Xüsusi xidmət əməkdaşlarının məlumatına görə, 10-a yaxın mənzil dağılıb. 

scroll top