» » Tramp Rusiyaya məxfi materialların ötürülməsindən danışdı

Tramp Rusiyaya məxfi materialların ötürülməsindən danışdı

Tramp Rusiyaya məxfi materialların ötürülməsindən danışdı

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, dövlət başçısı kimi Rusiya ilə məxfi materialları bölüşməyə haqqı var. O əlavə edib ki, onun Rusiya tərəfinə təqdim etdiyi məlumatlar terrorizm, əsasən də “İslam dövləti” ilə mübarizəyə vasitəçi olacaq.

Ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir. 

“Prezident kimi Rusiya tərəfi ilə Ağ evdə görüşdə faktları bölüşmək istədim”, - o, öz “Tvitter” hesabında yazıb.

“Bu faktlar terrorizmə və uçuşların təhlükəsizliyinə aid idi... Mən, həmçinin Rusiyanın İŞİD ilə mübarizəni aktivləşdirməsini istərdim”, - ABŞ prezidenti əlavə edib. 

Beləliklə də Tramp Rusiya XİN rəhbəri Sergey Lavrov və Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak ilə görüş zamanı onlara ABŞ kəşfiyyatının Suriya ərazisində əldə etdikləri məlumatları ötürdüyünə dair mətbuatda yayılan xəbərləri şərh edib. 

scroll top