» » Erməni əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – FOTO

Erməni əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – FOTO

Erməni əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib – FOTO

Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ucarliyiq.biz-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın orer.am saytı xəbər verib.

Azərbaycanın işğal altında olan Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən erməni əsgər Davit Tadevosyan əvvəl Cəbrayıl hospitalına, sonra Xankəndi hospitalına və mayın 1-də İrəvana təxliyə edilib.

İki həftədir huşsuz vəziyyətdə olan erməni əsgərin anası bildirib ki, Ermənistan Müdafiə Nazirliyindən heç kəs hərbçi ilə maraqlanmayıb.

Ararat rayon Yeğeqnavan kənd sakini Tadevosyanlar ailəsinin digər oğlu da orduda xidmət edib və xidmət zamanı burnu qırılsa da, əməliyyat üçün hərbi qurumlar tədbir görməyib.

Xəstəxanalarda qalan ailənin evinin qaz təminatı da kəsilib, erməni əsgərə olan münasibətdən şikayətçi olan valideyn onun xəstəliyinin səbəblərinin açıqlanmadığını qeyd edib. Xəstəxanada əsgərə epilepsiya diaqnozu qoyulsa da, xəstəliyin səbəbləri tam açıqlanmayıb və vəziyyətinin ağır olduğu qeyd edilib.

scroll top