» » OPEC aprel hasilatı barədə hesabat verib

OPEC aprel hasilatı barədə hesabat verib

OPEC aprel hasilatı barədə hesabat verib

OPEC üzvü olan ölkələr aprel ayında hasilatı mart ayı ilə müqayisədə 65 min barel/gün artıraraq 31,78 mln. barel/günə çatdırıb. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” “RİA” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Beynəlxalq Energetika Agentliyi (İEA) verib. 

Hesabata görə, Vyana anlaşması çərçivəsində baza kimi götürülən 2016-cı il oktyabr ayının hasilat göstəricisi ilə müqayisədə OPEC hasilatı 1,12 mln. barel/gün azaldaraq anlaşmaya 96% əməl edib. 

Qeyd edək ki, martda OPEC anlaşmaya 100% əməl edib. İlin ilk 4 ayında isə OPEC anlaşmaya 96% əməl edib. Hesabata əsasən, aprel ayında hasilat Nigeriya və Səudiyyə Ərəbistanında artdığı halda, Liviya və İranda azalıb.

OPEC üzvü olmayan ölkələr isə gündəlik hasilatı ötən ilin oktyabr ayı ilə müqayisədə 369 min barel azaldaraq anlaşmaya 66% əməl edib. 

Martda bu göstərici 51% olub. Nəticədə, anlaşmaya daxil olan qeyri-OPEC ölkələrinin məcmu gündəlik hasilatı 18,721 mln. barel təşkil edib. 

Rusiya gündəlik hasilatı 231 min barel azaldaraq anlaşmaya 77%, Meksika isə 99 min barel azaldaraq 99% əməl edib. Oman 106% əməl etdiyi halda, Qazaxıstan tam əksinə, hasilatı 45 min barel/gün artırıb.

scroll top