» » Ağ evə giriş naməlum şəxsə görə bağlanıb

Ağ evə giriş naməlum şəxsə görə bağlanıb

Ağ evə giriş naməlum şəxsə görə bağlanıb

ABŞ-da naməlum şəxs Ağ evin ərazisinə daxil olmağa çalışıb. 

Ucarliyiq.biz “Reuters”ə istinadən xəbər verir ki, hadisə barədə ABŞ-ın xüsusi xidmətləri “Tvitter” hesabında məlumat yayıb. 

“Naməlum şəxs Pensilvaniya avenyunun şimal hissəsində velosipedlər üçün nəzərdə tutulmuş hissədən tullanaraq Ağ evin ərazisinə daxil olmağa çalışarkən saxlanılıb”, - məlumatda deyilir. 

Ağ evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla yanaşı, Ərdoğanın hadisəyə qədər Ağ evi tərk etdiyi də qeyd edilir.  

scroll top