» » Putin: ABŞ-da siyasi şizofreniya inkişaf edir

Putin: ABŞ-da siyasi şizofreniya inkişaf edir

Putin: ABŞ-da siyasi şizofreniya inkişaf edir

Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşdən sonra  ABŞ prezidenti Donald Trampın ünvanına səslənən ittihamları prezidenti Vladimir Putin “siyasi şizofreniya” hesab edir. 

Ucarliyiq.biz bu barədə “İnterfaks”a istinadən xəbər verir. 

“Biz Birləşmiş Ştatlarda siyasi şizofreniyanın inkişaf etdiyini görürük. Mən Lavrova məxfi informasiya verməsinə dair hazırkı prezidentin ünvanına səslənən ittihamlara başqa izah tapa bilmirəm”, - Putin İtaliyanın baş naziri Paolo Centiloni ilə danışıqların nəticəsində mətbuat konfransında bildirib. 

“Yeri gəlmişkən, bu gün mən onunla (S.Lavrov) danışmışam, ona töhmət vermək lazımdır, çünki ona ötürülən məxfi informasiyanı bizimlə bölüşməyib. Nə mənimlə, nə də ki Rusiyanın xüsusi xidmət orqanları ilə, bu, çox pisdir”, - deyə prezident zarafat da edib. 

scroll top