» » Avropa Parlamenti Ukrayna üçün vizasız rejimi təsdiqlədi

Avropa Parlamenti Ukrayna üçün vizasız rejimi təsdiqlədi

Avropa Parlamenti Ukrayna üçün vizasız rejimi təsdiqlədi

Avropa Parlamentində Ukrayna vətəndaşlarına Avropa İttifaqı ilə vizasız rejimin tətbiq edilməsinə dair qanunvericilik aktının təntənəli imzalanma mərasimi olub. 

Ucarliyiq.biz UNİAN-a istinadən xəbər verir ki, sənəd Strasburqda Avropa Parlamentinin prezidenti Antonio Tayani və Aİ Şurasında sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela tərəfindən imzalanıb. 

İmzalama mərasimində Ukrayna prezidenti Petr Poroşenko və Avropa Parlamentinin bu məsələ üzrə məruzəçisi Mariya Qabriel iştirak edib. Qanunverici akt imzalandıqdan sonra Aİ-nin rəsmi jurnalında dərc edilib. 

20 gündən sonra vizasız rejim qüvvəyə minəcək.

scroll top