» » Rusiyada Türkiyəyə dair sanksiyaların ləğv edilməsinin tarixi açıqlandı

Rusiyada Türkiyəyə dair sanksiyaların ləğv edilməsinin tarixi açıqlandı

Rusiyada Türkiyəyə dair sanksiyaların ləğv edilməsinin tarixi açıqlandı

“Bu həftə Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi üçün bütün sənədlər hazır olacaq”. 

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviç bəyan edib. 

Bu həftə Rusiya və Türkiyə arasında əməkdaşlığın və əlaqələrin bərpası istiqamətində mövcud olan bütün maneələr aradan qaldırılacaq. 

Onun sözlərinə görə, mayın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında keçirilən görüş zamanı əldə edilən bütün sazişlər tərtib edilib. 

Qeyd edək ki, göstərilən görüşdə tərəflər arasında ərzaq və kənd təsərrüfatı məhsulları, yüngül sənaye və inşaat, xidmət sahəsində sanksiyaların ləğvinə dair razılıq əldə edilib. 

scroll top