» » İrandan neftin qiymətinə təsir edə biləcək bəyanat

İrandan neftin qiymətinə təsir edə biləcək bəyanat

İrandan neftin qiymətinə təsir edə biləcək bəyanat

Mayın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən OPEC-ə üzv və üzv olmayan neft hasilatçısı ölkələrinin növbəti sammitində İran tərəfinin hasilatın azalması ilə bağlı anlaşmanın müddətinin 9 ay uzadılmasına etiraz etməyəcəyi gözlənilir. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi Tehran İraq bu təşəbbüsdə iştirak edəcəyi halda anlaşmanın müddətinin artırılmasına razılıq verəcəyini bəyan edib. 

Məlumata görə, neft istehsalçıları “qara qızıl” bazarında vəziyyətin sabitləşməsində həqiqətən maraqlıdır. Onları daha çox maraqlandıran məsələ isə yaxın illərdə neft təchizatının etibarlılığını təmin etməkdir.

Qeyd edək ki, mayın 15-də Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin 2018-ci ilin mart ayının sonuna qədər artırmaq barədə razılıq əldə ediblər.

Həm bu xəbər, həm də ABŞ-ın neft ehtiyatlarının həcminin artması barədə informasiya dünya bazarında Brent markalı neftin qiymətinin 51,05 dollar/bareldən 51,75 dollar/barelə çatmasına səbəb olub. 

Interesting facts scroll top