» » “LUKoil” Səudiyyə Ərəbistanında layihəni tərk edir

“LUKoil” Səudiyyə Ərəbistanında layihəni tərk edir

“LUKoil” Səudiyyə Ərəbistanında layihəni tərk edir

Rusiyanın “LUKoil” şirkəti Səudiyyə Ərəbistanındakı layihəsindən çıxmaq qərarına gəlib.

Ucarliyiq.biz Vestifinance-a istinadən xəbər verir ki, bu barədə Vahid Ələkbərov bildirib. 

Xatırladaq ki, “LUKoil” şirkəti “LUKoil Saudi Arabia Energy Ltd.” (Luksar) müştərək şirkəti kimi Səudiyyə Ərəbistanında qazma işlərini həyata keçirdi.

Şirkətin 80%-i “LUKoil Overseas”ə, 20%-i isə “Saudi Aramco” dövlət nerft-qaz şirkətinə aid olub.

“Biz qərar verdik, Səudiyyə Ərəbistanından gedirik. “Saudi Aramco” qazdığımız quyuları götürür. Amma qərara gəlmişik ki, tərəfdaş olaraq xarici layihələrdə iştirak edəcəyik. Biz İraq və digər ölkələrdə öz fəaliyyətimizi birlikdə davam etdirə bilərik”, - V.Ələkbərov bildirib. 

[b][/b]

scroll top