» » İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub

İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub.

Ucarliyiq.biz-ın Report-a istinadla məlumatına görə, bu barədə İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidi xəbər verib.

Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb.

Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub.  

scroll top