» » Funt sterlinqin məzənnəsi yeddi aylıq maksimuma çatıb

Funt sterlinqin məzənnəsi yeddi aylıq maksimuma çatıb

Funt sterlinqin məzənnəsi yeddi aylıq maksimuma çatıb

Funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 1,3046 USD/GBP səviyyəsinə yüksələrək 2016-cı il sentyabr ayının 30-dan bu günədək ən yüksək həddə çatıb. 

Ucarliyiq.biz-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Britaniyada pərakəndə satışın həcminin kəskin artması amili olub. 

Ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, aprel ayında pərakəndə satışın həcmi aylıq müqayisədə 2,3% artım göstərib. Analitiklər isə artımın 1% təşkil edəcəyini proqnozlaşdırırdılar.

Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında funt sterlinqin dollarla müqayisədə məzənnəsi son 30 ilin minimal səviyyəsinə - 1,1450 USD/GBP-yə enib. Buna səbəb ölkədə keçirilən referendumda Avropa İttifaqından ayrılmağa səs verənlərin üstünlük təşkil etməsi olub.  

scroll top