» » Ollandın böyük qardaşı ölüb

Ollandın böyük qardaşı ölüb

Ollandın böyük qardaşı ölüb

Fransanın sabiq prezidenti Fransua Ollandın böyük qardaşı Filipp bu gecə 64 yaşında Antib şəhərinin xəstəxanasında dünyasını dəyişib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Nice Matin” portalı məlumat yayıb. 

“O, çox təvazökar idi, siyasətdən kənar bir həyatı var idi. Ağır vəziyyətdə idi. Xəstəliyinin səbəbi məlum deyil”, - nəşr bildirib. 

Portalın məlumatına görə, səlahiyyətlərini təhvil verdikdən iki gün sonra Olland qardaşını xəstəxanada ziyarət edib.

“Görüş təkbətək olub. Görüş zamanı sabiq prezident təmkinli olub”, - məlumatda deyilir. “France Info” nəşrinin məlumatına görə, Filipp Olland onkoloji xəstəlikdən əzab çəkirdi və bir neçə ay ərzində xəstə olub. 

Filipp Olland Kannda 94 yaşlı atası Jorjun yaşadığı evdə yaşayırdı. Sabiq prezidentin qardaşının dəfninin Fransanın Lacivərd sahilində olacağı ehtimal edilir. 

scroll top