» » Braziliyada nümayişlər: Prezidentin istefası tələb edilir

Braziliyada nümayişlər: Prezidentin istefası tələb edilir

Braziliyada nümayişlər: Prezidentin istefası tələb edilir

Braziliyada minlərlə adam ölkə prezidenti Mişel Temerin istefası tələbi ilə etiraz nümayişlərinə başlayıb.

Ucarliyiq.biz Milli.Az-a istinadən xəbər verir ki, Braziliyanın 10-a yaxın iri şəhərlərində sakinlər küçələrə çıxaraq ölkə prezidentinin istefası ilə yanaşı, təcili ümumxalq seçkilərinin keçirilməsini də tələb edirlər.

Daha genişmiqyaslı etiraz dalğaları isə Rio-de-Janeyro və ölkənin paytaxtında qeydə alınıb. Rio-de-Janeyroda 2 minə yaxın sakinin küçələrə axışması şəhərdə hərəkəti iflic edib.

S.S.

scroll top