» » Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub

Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub

Liviyada aviabazaya hücum zamanı 141 nəfər həlak olub

Liviyanın cənubunda aviabazaya hücum zamanı 141 nəfər həlak olub.

Ucarliyiq.biz ucarliyiq.biza istinadən xəbər verir ki, bu barədə “France Presse” Halif Haftarın komandanlıq etdiyi Liviyanın Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Məsmariyə istinadən xəbər verib.

“Əsgərlər hərbi paraddan qayıdırdılar. Onlar silahsız idilər. Əsgərlərin əksəriyyəti həlak oldu”, - deyə Əl-Məsmari bildirib.

Onun sözlərinə görə, həlak olanlar arasında aviabazada işləyən və ya onun yaxınlığında yaşayan dinc sakinlər də var. 

Hücumun hansı hərbi qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

scroll top