» » Almaniya XİN-dən Qarabağla bağlı vacib bəyanat

Almaniya XİN-dən Qarabağla bağlı vacib bəyanat

Almaniya XİN-dən Qarabağla bağlı vacib bəyanat

“Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.

O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. 

AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.

O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqamətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.

scroll top