» » Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları”nda iştirak edəcəklər

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları”nda iştirak edəcəklər

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları”nda iştirak edəcəklər

İyulun 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı planlaşdırılır.

Bu barədə Ucarliyiq.biz-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçilərinin Rusiya və Qazaxıstan ərazilərindəki poliqonlarda keçiriləcək “Tank biatlonu”, “Artilleriya atəşi ustası”, “Snayper həddi” və “Səhra mətbəxi” növləri üzrə müsabiqələrində iştirakı nəzərdə tutulub.

Bundan əlavə, Azərbaycan, Rusiya və Qazaxıstanın hərbi dənizçilərinin iştirakı ilə Bakı şəhərində “Dəniz kuboku” müsabiqəsi də keçiriləcəkdir.

Interesting facts scroll top