» » Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb


Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 335 mln. manat həcmində 4 862 min əməliyyat həyata keçirilib.

ucarliyiq.biz bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. manat və ya 44,4% artıb.

Əməliyyatların 250 mln. manatı POS-terminallar, 85 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 115 mln. manat və ya 85,2% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 12 mln. manat və ya 12,4% azalma qeydə alınıb.

Hesabata əsasən, cari ilin aprel ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 11 mln. manat və ya 15,3% azalaraq 61 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməz qalaraq 17 mln. manat təşkil edib.

scroll top