» » "Bank of Baku" tibb işçiləri üçün 3 yeni kampaniya keçirir

"Bank of Baku" tibb işçiləri üçün 3 yeni kampaniya keçirir


"Bank of Baku" ASC tibb işçilərinin peşə bayramı ilə bağlı 3 fərqli kampaniyaya başlayıb. İyunun 25-dək keçirilən kampaniyalardan həm tibb sahəsində, həm də vəzifəsindən asılı olmayaraq səhiyyə müəssisələrində çalışan hər bir şəxs faydalana bilər.

ucarliyiq.biz-in Banka istinadən verdiyi xəbərə görə, iyunun 23-dək davam edəcək birinci kampaniya çərçivəsində tibb sahəsində və səhiyyə müəssisələrində çalışan şəxslər "Bank of Baku"dan 10 min manatadək nağd pul kreditini illik faiz dərəcəsinə 3% endirimlə və komissiyasız əldə edəcəklər. Əmək haqqı tələbi vergilər daxil minimum 200 manat təşkil edir. Ödəniş müddəti 3-24 aydır. Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı verilib. Məbləğdən asılı olaraq zaminsiz kreditləşmədir.

İkinci kampaniya "Bolkart" kredit və debet kartlarına 50% endirimi nəzərdə tutur. Beləliklə, kampaniya çərçivəsində "Bolkart Gənc kredit" 5 manat, "Bolkart Ailə kredit" 10 manat, "Bolkart Gold kredit" 20 manat, "Bolkart Diamond kredit" 75 manatdır.

"Bolkart Gənc debet" 15 manat əvəzinə 7,50 manat, "Bolkart Ailə debet" 25 manat əvəzinə 12,50 manat, "Bolkart Gold debet" 50 manat əvəzinə 25 manat, "Bolkart Diamond debet" 150 manat əvəzinə 75 manatla təqdim olunur.

Üçüncü, "Bolkart"la kampaniya dövründə alış-veriş etmiş 31 şəxsə toplam 1 000 bal hədiyyə kampaniyasıdır. Belə ki, iyunun 25-dək "Bolkart"la alış-veriş etmiş tibb işçiləri "Bank of Baku"dan pul ekvivalentinə bərabər ballar qazana bilərlər. Belə ki, kart növündən asılı olmayaraq kampaniyanın keçirildiyi dövr ərzində "Bolkart"la ən çox alış-veriş etmiş 31 şəxsə 1 nəfərə 100 bal, 10 nəfərə 50 bal və 20 nəfərə 20 bal olmaqla toplam 1000 bal hədiyyə olunacaq. Ballardan istifadə zamanı 1 bal/manat kimi qiymətləndirilir. Kart balansında 100 balın mövcudluğu 100 manat dəyərində alış-veriş etmək imkanının olması deməkdir.

Bu kampaniyada həm "Bolkart kredit", həm də "Bolkart debet" kart sahibləri iştirak edə bilər.

scroll top