» » Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını artırıb
© Report.az

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 624,2 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

ucarliyiq.biz-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 4,28% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,6 dəfə artaraq 35,515 mln. dollar, süd - 69,73% artaraq 5,815 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 18,56% artaraq 32,688 mln. dollar, çay - 13,83% artaraq 21,251 mln. dollara, şəkər - 28,09% artaraq 70,752 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 35,59% azalaraq 83,169 mln. dollar, meyvə-tərəvəz - 0,01% azalaraq 75,369 mln. dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,79%-dən 18,31%-ə yüksəlib.

scroll top