» » Azərbaycan bu il neft məhsullarının ixracından 134 mln. dollar qazanıb

Azərbaycan bu il neft məhsullarının ixracından 134 mln. dollar qazanıb


Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 345,173 min ton həcmində neft məhsulları ixrac edib.

ucarliyiq.bizun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 133,587 mln. ABŞ dolları təşkil edib.

Bu ilin 5 ayı ərzində neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 53%, dəyəri isə 14% azalıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3% təşkil edib.

scroll top