» » Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni kampaniyaya başlayıb


Azərbaycan Beynəlxalq Bankı “Hər kəsə YAY” şüarı altında yeni kampaniyalara start verib. İlk kampaniya yay mövsümündə səyahətə hazırlaşan müştərilər üçün keçirilir.

ucarliyiq.biz-in banka istinadən verdiyi xəbərə görə, iyulun 14-dək davam edəcək kampaniya çərçivəsində "Visa/MasterCard Gold", "Visa/MasterCard Platinum" kartlarını bankın internet səhifəsindən (www.ibar.az) onlayn sifariş edən müştərilər 14 günlük səyahət sığortası paketini pulsuz əldə edə biləcəklər. Bunun üçün müştərinin sığorta şirkətinə getməsinə ehtiyac yoxdur. Sığortanın rəsmiləşdirilməsi bank tərəfindən təmin olunacaq. Hər müştəri bu imkandan yalnız bir dəfə faydalana bilər.

Müştərilər onlayn kart sifarişini www.ibar.az/az/individual/cards/#status-cards linkindən həyata keçirə bilərlər.

Interesting facts scroll top