» » Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Rusiyanın bir sıra şəhərlərində icazəsiz etiraz aksiyası keçirilib

Moskvanın mərkəzində keçirilən kütləvi tədbirdə təqribən 270 min insan iştirak edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların təhlükəsizliyini təmin ediblər.

Xatırladaq ki, iyunun 12-də Rusiyada milli bayram qeyd olunur.

Bu gün eyni zamanda Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskva və Sankt-Peterburqda icazəsiz etiraz aksiyası keçirilib. Rusiya KİV-inin məlumatına görə, şahidlər Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqribən 50 nəfərin saxlanıldığını xəbər verib.

Bundan əvvəl, günorta saatlarında müxalifət fəalı Aleksey Navalnı da saxlanılıb.

Interesting facts scroll top