» » ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib

ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib

ABŞ-da daha bir məhkəmə Trampın immiqrasiya fərmanını əngəlləyib
© RİA Novosti

ABŞ-da sayca ikinci appelyasiya məhkəməsi prezident Donald Trampın altı müsəlman ölkəsi vətəndaşlarının Amerika ərazisinə girişini müvəqqəti qadağan edən immiqrasiya fərmanını əngəlləyib.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.

Qərar San-Fransiskonun 9-cu Dairə məhkəməsi tərəfindən qəbul olunub. Bundan əvvəl analoji qərarı Riçmondun (Virciniya ştatı) 4-cü Appelyasiya məhkəməsi qəbul etmişdi.

Prezident Administrasiyası artıq məhkəmə qadağalarından Ali Məhkəməyə şikayət etmək niyyətində olduğunu bəyan edib.

scroll top