» » Rusiya prezidenti: "ABŞ bu gün tələyə düşüb"

Rusiya prezidenti: "ABŞ bu gün tələyə düşüb"

Rusiya prezidenti: "ABŞ bu gün tələyə düşüb"
© Zercalo.org

ABŞ-ın şəxsi müstəsnalığı və özünə hər şeyi rəva görməyə olan inamı, onun səhvlər tələsinə düşməsinə gətirib çıxardı.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

"Düşünürəm ki, ABŞ özünü, belə desək müasir dünyanın başında hiss etdiyi zaman – bu, yeri gəlmişkən SSRİ-nin dağıldığı vaxta təsadüf edir – onda belə bir xəyal yarandı ki, indi ABŞ hər şey edə bilər və buna görə onlara heç nə olmayacaq. Bu isə həmişə tələ olur. Çünki bu vəziyyətdə həm insan, həm dövlət səhvlərə yol verməyə başlayır. Vəziyyəti təhlil etmək zərurəti olmur, nəticələr barədə düşünmək lazım gəlmir. Ölkə başlayır səmərəsiz fəaliyyət göstərməyə. Səhvlər bir-birini əvəz edir. Bax, mənə elə gəlir ki, ABŞ bu gün belə bir tələyə düşüb", — deyə Putin bildirib.

scroll top