» » “Meqa Sığorta”nın səhmdarlarının yığıncağı baş tutmayıb

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı baş tutmayıb


“Meqa Sığorta” ASC-nin səhmdarlarının ötən gün, saat 10:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağı təxirə salınıb.

Bu barədə “Report” şirkətin İdarə Heyətinə istinadən xəbər verir.

Xatırladaq ki, yığıncaq “Meqa Sığorta”nın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında yerləşən baş ofisində olmalı idi. Yığıncağın təxirə salınmasının səbəbi açıqlanmayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Interesting facts scroll top