» » Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları 70% artıb

Azərbaycan Dövlət Neft Fondunun pul bazarı fondlarına investisiyaları 70% artıb


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) pul bazarı fondlarına investisiyalarının həcmi ötən il 70% artaraq bu il yanvarın 1-nə 1 970,7 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Fondun “PWC-Azerbaijan” MMC şirkətin tərəfindən hazırlanmış audit hesabatında qeyd olunub.

Hesabata əsasən, investisiyaların 1 961,9 mln. manatı (71% artım) kredit reytinqləri AAA olan “BlackRock ICS-Institution Liquidity Funds plc”, 8,8 mln. manatı isə (42% azalma)“The Goldman Sachs Group, Inc” pul bazarı fondlarına qoyulub.

Qeyd edək ki, pul bazarı fondlarına investisiyalar bu fondların tələbi əsasında ödənilən səhmlərən ibarətdir və yüksək dərəcədə likvidlidir. Bu fondlar aktivlərini qısamüddətli borclara və bununla bağlı alətlərə, məsələn, kommersiya qiymətli kağızlarına, depozit şəhadətnamələrinə, faiz dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, avrobondlara və aktivlərlə təmin edilmiş qiymətli kağızlara yatırır. Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.

scroll top