» » Zəlzələ Yunanıstana məxsus adada yüzlərlə sakini ev-eşiksiz qoyub

Zəlzələ Yunanıstana məxsus adada yüzlərlə sakini ev-eşiksiz qoyub

Zəlzələ Yunanıstana məxsus adada yüzlərlə sakini ev-eşiksiz qoyub

Yunanıstanın Lesbos adasında baş verən güclü zəlzələ nəticəsində bir qadın həlak olub, 15 nəfər yaralanıb, Vris qəsəbəsində evlərin əksəriyyəti dağılıb, yüzlərlə insan ev-eşiksiz qalıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat veriblər.

Qeyd edək ki, dünən gündüz saatlarında Yunanıstanın şərqində Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib.

Yunanıstanın baş naziri Aleksis Tsipras daxili işlər nazirinin müavini Nikos Toskası və Mülki Müdafiə Baş Katibi və İnfrastruktur Nazirliyinin texnik və ekspertlər qrupunu Lesbos adasına göndərib. Onlar dəymiş zərəri müəyyən etməli və zərərçəkən bölgələrin tezliklə bərpa edilməsi üçün plan hazırlamalıdır.

"Kənd sanki bombalanıb", - deyə hökumətin nümayəndə heyətini kəndə qədər müşayiət edən adanın meri Spiros Qalinos bildirib.

scroll top