» » Türkiyənin "BIST-100" indeksi tarixi rekord həddə çatıb

Türkiyənin "BIST-100" indeksi tarixi rekord həddə çatıb


İstanbul Fond Birjasının (Borsa İstanbul) əsas indeks göstəricisi olan "BIST-100" tarixi rekord səviyyə - 100 000 bəndə yaxınlaşıb. ucarliyiq.biz xəbər verir ki, indeks 99 969,35 bənd səviyyəsinə çatsa da, kritik həddi keçə bilməyib və 99 000 səviyyəsinə geri dönüb.

ucarliyiq.biz-in analitik qrupu bildirir ki, İstanbul birjasındakı indekslərin artmasına səbəb dünən ölkənin Statistika İdarəsi tərəfindən açıqlanan ilk rübün iqtisadi artım göstəricisi olub. Belə ki, I rübdə Türkiyədə ÜDM ortalama 3,5% olan artım proqnozunu xeyli üstələyib və faktiki olaraq 5% yüksəlib. ABŞ dollarının qlobal valyuta bazarında ucuzlaşması ilə Türkiyədə də geriləyən məzənnə iqtisadi aktivliyi artırıb.

Interesting facts scroll top