» » "Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda yeni quyu istismara verilib

"Neft Daşları"nda yeni quyu istismara verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində işlər görür.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2666 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməkialtı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1 442-1 436 metr intervaldan gündəlik 22 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.

scroll top