» » DGK-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

DGK-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) üzvlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Qaza­xıs­tanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin sədri Аrdak Tengebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ucarliyiq.biz DGK-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan rəsmisi iki ölkə arasında siyasi-iqtisadi və mədə­ni sahələrdə əlaqələrdən söhbət açıb, bütün sahələrdə oldu­ğu kimi, göm­rük sferasında da qarşı­lıq­lı əmək­daşlığın yüksək səviyyə­də olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifa­də edib.

Son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya lahiyələrindən bəhs edən DGK sədri informasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayıb, "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər lahiyələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib. O, gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.

А.Tengebayev isə ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə əlaqə­lərin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlən­məsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Azərbaycan və Qazaxıstan gömrük xidmətləri ara­sın­da əməkdaşlıqdan da razılıqla söhbət açan qonaq Azərbaycan gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirləriyüksək qiymətləndirib, bu təcrübədən yararlanmağın ümumi işə faydasından bəhs edib və yaxın perspek­tivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüş başa çatdıqdan sonra Qazaxıstannümayəndə heyəti DGK-da Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.

scroll top