» » Auditdən yayınan müəsissə və təşkilat rəhbərlərinə xəbərdarlıq edilib

Auditdən yayınan müəsissə və təşkilat rəhbərlərinə xəbərdarlıq edilib


Auditorlar Palatası məcburi auditin subyekti olan hüquqi şəxslərə müraciət edib və auditdən keçməyən hüquqi şəxslərin rəhbərlərinə 2016-cı il üzrə maliyyə hesabatlarının təxirə salınmadan müstəqil auditorun rəyi ilə təsdiq olunmasını təmin etmək tövsiyyə olunub.

ucarliyiq.biz bu barədə Palataya istinadən xəbər verir.

Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə məcburi auditdən yayınmağa görə inzibati cərimə tətbiq edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidentinin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli fərmanına müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti Auditorlar Palatasına həvalə edilib.

scroll top