» » Misir iki mübahisəli adanı Səudiyyə Ərəbistanına qaytaracaq

Misir iki mübahisəli adanı Səudiyyə Ərəbistanına qaytaracaq

Misir iki mübahisəli adanı Səudiyyə Ərəbistanına qaytaracaq

Misir Parlamentinin Konstitusiya və qanunvericilik məsələləri üzrə Komitəsi səs çoxluğu ilə Qırmızı dənizdə yerləşən iki mübahisəli adanın - Tiran və Sanafirin Səudiyyə Ərəbistanına verilməsini təsdiqləyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Youm al-Sabia" informasiya portalı məlumat yayıb.

İndi məsələ deputatların ümumi səsverməsinə çıxarılacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Misir hökuməti dövlətlər arasında dəniz sərhədinin demarkasiyası haqqında sazişi ötən il Qahirədə imzalayıb. Qanunvericiliyə görə, sənədi parlament ratifikasiya etməlidir. Səudiyyə Ərəbistanının qanunverici orqanı sazişi qısa müddətdə təsdiq etsə də, Misir tərəfində adaların qonşu dövlətə verilməsi qızğın mübahisələrə, etiraz aksiyalarlna və müxtəlif instansiyalarda məhkəmə çəkişmələrinə səbəb olub.

Misir hökuməti adaların Ər-Riyadın ixtiyarına veriləcəyi halda belə, Qahirənin adalar üzərində inzibati nəzarəti əldə saxlayacağını qeyd edib.

Ər-Riyad isə qarşı tərəfi parlamentin sənədi ratifikasiya etməyəcəyi təqdirdə onları beynəlxalq məhkəməyə verəcəyi ilə hədələyib.

scroll top