» » Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib

Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib

Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Vladimir Putinin onun NATO-nun Şərqə doğru genişlənməsindən narahat olmamasına dair məzəmmətini ədalətsiz hesab edib.

ucarliyiq.biz "İnterfax"a istinadən xəbər verir ki, Qorbaçovun sözlərinə görə, Şimali Atlantika Alyansı genişlənməyə başlayanda, o artıq dövlət başçısı deyildi.

"Qorbaçovun "səhvləri"nə gəldikdə isə, həmin şəraitdə belə məsələni müzakirə etmək heç hüquqi cəhətdən mümkün deyildi. 1991-ci ilin iyul ayına qədər iki hərbi-siyasi blok mövcud idi - NATO və Varşava Müqaviləsi Təşkilatı (VMT). VMT ölkələri bu məsələni qaldırmadılar", - deyə keçmiş prezident bildirib və NATO-nun genişlənməsi prosesinin 2000-ci ildə fəallaşmağa başladığını əlavə edib.

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qorbaçovun tənqid edib.

scroll top